#

2024-cü il Nobel Mükafatlarına sayılı günlər qaldı

2024-cü il Nobel Mükafatlarına sayılı  günlər qaldı
7 oktyabr 2024
# 10:15

1901-ci ildən bəri öz sahələrində fəaliyyətləri ilə bəşəriyyətə xidmət edən şəxslərə və təşkilatlara verilən Nobel Mükafatlarının 2024-cü il sahibləri oktyabrın ikinci həftəsində açıqlanacaq.

Nobel Mükafatları İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən fizika, kimya, ədəbiyyat, sülh, tibb və iqtisadiyyat daxil olmaqla 6 fərqli sahədə ən uğurlu hesab edilən şəxslərə və ya təşkilatlara verilir.

İqtisadiyyat üzrə Nobel Mükafatı ilk dəfə 1969-cu ildə İsveç Mərkəzi Bankı Alfred Nobelin xatirəsinə iqtisadiyyat üzrə mükafatın verilməsinə qərar verdikdə təqdim edilib

Mükafatlar 1901-ci ildən bəri bəzi illərdə, əsasən Birinci və İkinci Dünya Müharibəsi dövründə verilməyib. Covid-19 epidemiyası səbəbindən 2020 və 2021-ci illərdə mərasimlər keçirilə bilməmişdi.

Qaydalara görə, həmin il heç kim hər hansı kateqoriya üzrə mükafata layiq deyilsə, mükafat verilmir və verilməsi planlaşdırılan pul mükafatı növbəti il ​​üçün saxlanılır.

# 188 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #