2021-ci ildə itirdiklərimiz...

2021-ci ildə itirdiklərimiz...
30 dekabr 2021
# 09:00

Kulis.az yola saldığımız ildə vəfat edən tanınmış mədəniyyət adamlarının siyahısını təqdim edir.

Xalq artisti Arif Quliyev bu ilin mayında koronavirus infeksiyasına yoluxub. Aktyor müalicə alsa da, mayın 7-də xəstəxanada dünyasını dəyişib.

Arif Quliyev dəfn edildi - VİDEO - YENİLƏNİB | KONKRET

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca da bu ilin mayında vəfat edib.

Fikrət Qoca Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Xalq şairi Musa Yaqub vəfat edib. Şair 84 yaşında dünyasını dəyişib. Musa Yaqub parkinson xəstəliyindən əziyyət çəkirdi.

Musa Yaqub vəfat etdi

Yazıçı Azər Abdulla kəskin pnevmoniyadan dünyasını dəyişib.

Yazıçı Azər Abdulla koronavirusdan vəfat edib

Xalq artisti Canəli Əkbərov bu ilin oktyabrında 81 yaşında dünyasını dəyişib. Xanəndə II Fəxri Xiyabanda dəfn edilib.

Canəli Əkbərov vəfat etdi

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) aprelin 5-də vəfat edib. Gitara ifaçısının səhhəti ağırlaşmış, xəstəxanaya yerləşdirilmişdi. Onun ağ ciyərlərində problem olsa da, xəstəxana koronavirusdan vəfat etdiyini açıqlayıb.

Rəmiş vəfat etdi

Müğənni Aslan Hüseynov avtomobil qəzasında dünyasını dəyişib. Sənətçi Gəncədən gələrkən sükan arxasında yatıb və qarşıdakı maşına çırpılıb.

Müğənni Aslan Hüseynov yol qəzasında ölüb - RƏSMİ AÇIQLAMA | Report.az

Müğənni Səyyad Əlizadə sentyabrın 30-da vəfat edib. Sənətçinin ölümünə səbəb koronavirus infeksiyası olub.

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşıb | Report.az

Xalq artisti Ramiz Əzizbəyli də bu ilin yayında koronavirusa yoluxub. Aktyor yerləşdirildiyi xəstəxanada iyunun 9-da dünyasını dəyişib.

Ramiz Əzizbəyli reanimasiyadadır, vəziyyəti stabil ağırdır

Əməkdar artist Zöhrə Abdullayeva da 2021-ci ildə itirdiyimiz sənətkarlardan olub. O, mayın 28-də dünyasını dəyişib.

Zöhrə Abdullayeva — Vikipediya

Xalq rəssamı Tahir Salahov mayda Almaniyada müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Exhibition of Tahir Salahov opened in Tretyakov Gallery of Russia

Xalq artisti Səməd Səmədov iyulun 24-də dünyasını dəyişib. Onun ölümünə səbəb koronavirus infeksiyası olub.

Xalq artisti Səməd Səmədov vəfat edib - VİDEO - YENİLƏNİB

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev bu ilin aprelində dünyasını dəyişib.

Eldar Quliyev vəfat etdi


2021-ci il yanvarın 4-də bəstəkar Nailə Mirməmmədli dünyasını dəyişib. O, infarkt keçirmişdi.

Bəstəkar Nailə Mirməmmədli vəfat edib

Yanvarda vəfat edən digər bir sənət adamı isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov olub. O, koronavirus infeksiyasından dünyasını dəyişib.

Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib

Əməkdar artist Əlican Əzizov fevralda vəfat edib.

Əməkdar artist Əlican Əzizov vəfat edib

Xalq artisti Yalçın Rzazadə 74 yaşında vəfat edib. O, uzun sürən xəstəlikdən sonra fevralda dünyasını dəyişib.

Yalcin Rzazade dunyasini deyisdi

Xalq artisti Ramiz Məmmədov vəfat edib. Onun ölümünə səbəb xərçəng olub.

Xalq artisti Ramiz Məmmədov: "Ayda cəmi bir tamaşada çıxış edirəm" |  Report.az

Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib. Koronavirusa yoluxan müğənni apreldə evində dünyasını dəyişib.

Baloğlan Əşrəfov vəfat etdi – SON DƏQİQƏ – Yenicag.Az

Rusiya və Azərbaycanın Əməkdar artisti Mutay Xadulayev 2021-ci ildə dünyasını dəyişib.

81 yaşlı əməkdar artist koronavirusdan vəfat etdi - "İki sahil"

Xalq artisti, “Qaya” estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri Teymur Mirzəyev sentyabrda vəfat edib. O, 85 yaşında ömrünün son illərini yaşadığı İsraildə dünyasını dəyişib.

Qaya” vokal kvartetin yaradıcısı Teymur Mirzəyev vəfat edib

Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib. 86 yaşında dünyasını dəyişən aktyorun ölümünə koronavirus infeksiyası səbəb olub.

Tanınmış aktyor Məcnun Hacıbəyov vəfat edib | Qazet.az

Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü Firudin Ələkbərov 100 yaşında vəfat edib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub.

Yaxşı çalmışam, heç kimdən geri deyiləm. Amma kölgədə qaldım...”

Xalq artisti, rejissor, professor Ağakişi Kazımov dünyasını dəyişib. O, bu ilin oktyabrında 85 yaşında vəfat edib.

Xalq artisti Ağakişi Kazımov vəfat edib

Bu ilin sentyabrında Əməkdar artist Yaqub Zurufçu da vəfat edib. Müğənninin ölümünə səbəb koronovirus infeksiyası olub.

Yaqub Zurufçu vəfat etdi

Xalq artisti Vaqif Əliyev 81 yaşında vəfat edib. Bildirilib ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Xalq artisti Vaqif Əliyev vəfat edib | Report.az

Xalq artisti Rafiq Əliyev 70 yaşında dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xalq artisti Rafiq Əliyev VƏFAT ETDİ

Əməkdar mədəniyyət işçisi, “İRS” folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib. 73 yaşlı musiqiçinin ölümünə səbəb koronavirus infeksiyası olub. Onun eyni zamanda 2 qızı, həyat yoldaşı və qudası da Covid-19-un qurbanı olub.

Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev vəfat edib

# 2939 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #