200 kitab UNEC-in kitab fonduna hədiyyə olundu

200 kitab UNEC-in kitab fonduna hədiyyə olundu
5 oktyabr 2023
# 11:40

UNEC-in Kitabxana-İnformasiya Mərkəzinə “SOCAR Midstream Operations” tərəfindən tərcümə edilmiş 200-dən çox kitab hədiyyə olunub.

Kulis.az xəbər verir ki, Universitetdən APA-ya verilən məlumata görə, dünyanın aparıcı universitetlərinin professorlarının, eləcə də tanınmış mütəxəssislərinin müəllifi olduğu kitablar “Pearson”, “Wiley”, “McGraw Hill”, “Norton”, “Routledge”, “Palgrave” kimi məşhur nəşriyyatlarda çap edilib.

“İqtisadi inkişaf”, “Beynəlxalq siyasi iqtisad”, “Tətbiqi ekonometrika”, “Ali Makroiqtisadiyyat”, “Riyazi analizlə orta səviyyəli mikroiqtisadiyyat”, “Biotexnologiya”, “Keyfiyyətə statistik nəzarət” adlı kitablar qlobal siyasi iqtisadiyyat, iqtisadi davranış, siyasi nəzəriyyə, tətbiqi ekonometrika, biotexnologiyanın tarixi inkişafına ümumi baxış və digər mövzuları əhatə edir.

Kitablar elmi tədqiqatçılar, təhsilalanlar və iqtisadi inkişafla maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Maraqlananlar kitablarla UNEC-in kitabxanalarında tanış ola bilərlər.

# 993 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #