12 aktyor qəzada həlak oldu

12 aktyor qəzada həlak oldu
29 yanvar 2026
# 14:45

Myanmada avtobusun dərin dərəyə düşməsi nəticəsində 12 nəfər aktyor həlak olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı ölkənin Maqvey bölgəsində baş verib.

Təxminən 27 nəfərdən ibarət teatr truppasının üzvlərini daşıyan avtobus hərəkətdə olarkən idarəetmədən çıxaraq dərin dərəyə aşıb.

Qəza nəticəsində azı 12 teatr aktyoru həyatını itirib.

Qeyd edək ki, digər sərnişinlərin vəziyyəti və xəsarət alanların sayı barədə hələlik rəsmi məlumat verilməyib.

# 372 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər