102 yaşlı Xalq artisti vəfat etdi

102 yaşlı Xalq artisti vəfat etdi
24 iyul 2023
# 16:30

Rusiyanın Əməkdar artisti, Adıgey Respublikasının Xalq artisti Nuriyyət Şəkumidova 102 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə musiqiçi Adam Açmiz sosial şəbəkələrdə məlumat verib.

N. Şəkumidova 1921-ci il avqustun 20-də Taxtamukay rayonunun Həştük kəndində anadan olub. 1941-ci ildən A. S. Puşkin adına Rus Dövlət Dram Teatrında fəaliyyət göstərib. Karyerası ərzində 175-dən çox rol oynayıb.

2003-cü ildə Adıgey Respublikasının teatr sənətinin inkişafında xüsusi xidmətlərinə görə medalla təltif edilib.

# 712 dəfə oxunub

Müəllifin son yazıları

# # #