"1001 gecə" filminin aktrisası vəfat etdi

"1001 gecə" filminin aktrisası vəfat etdi
20 dekabr 2022
# 10:00

İtaliyalı aktrisa və “1001 gecə” serialının ulduzu Daniela Giordano 77 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, sənətçi qısa sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Giordanonun filmoqrafiyasında aktrisanın Ələddinin anası obrazını canlandırdığı “1001 gecə”, “İnkvizisiya”, “Qəddar Roma”, “Qorxu evi”, “Yeraltı dünyasının qəddar əli” kimi 39 film var.

1980-ci illərdə kino karyerasına fasilə verən sənətçi parapsixologiya və ufologiya ilə məşğul olmağa başlayıb və 2015-ci ildə yenidən çəkilişlərə qayıdı.

Giordano 1966-cı ildə Miss İtaliya müsabiqəsinin qalibi olub.

# 2380 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #