1 Səhnə prodüser mərkəzi laçınlıların qonağı oldu

1 Səhnə prodüser mərkəzi laçınlıların qonağı oldu
15 sentyabr 2023
# 17:47

1 Səhnə prodüser mərkəzi Səhnə teatrı və Səhnə Tv ilə birlikdə hazırladığı proqramla laçınlıların qonağı olub.

Bu barədə mərkəzin direktoru Elçin Hacı Kulis.az-a məlumat verib.

Proqrama Laçın folkloru əsasında hazırlanmış “Laçın lətifələri” (Prodüser Elçin Hacı, səhnələşdirən Xaqani Əliyev, rejissor Elşad Rəhimzadə) tamaşası, Elşad Rəhinzadənin təqdimatında kukla şousu və Laçın bölgəsinin tarixinə, abidələrinə, xalçalarına və qəhrəmanlarına həsr edilmiş xronoloji video təqdimatlar daxil edilib.

Xüsusi olaraq laçınlılar üçün hazırlanmış tamaşa və videolar göstərilib.

# 803 dəfə oxunub

Müəllifin son yazıları

# # #