"Ər və arvad" Musiqili Teatrın səhnəsində

"Ər və arvad" Musiqili Teatrın səhnəsində
26 fevral 2020
# 14:29

Martın 13-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Ər və arvad” tamaşası nümayiş olunacaq.

Teatrdan Kulis.az-a verilən xəbərə görə, sözügedən tamaşanın rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdur.

Əməkdar rəssam Eldar Qurbanovın tərtibatı ilə hazırlanan tamaşada baletmeysterlər Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeyster Əməkdar artist Vaqif Məstanov, konsertmeyster Fidan Babayeva, rejissor assistentlər Elməddin Dadaşov və Tamilla Aslanovadır.

Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Ağaxan Şərifov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Fərid Rzayev və Ruslan Mürsəlov ifa edəcək.

# 1833 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #