“Yuğ”da “Şok” olacaq

“Yuğ”da “Şok” olacaq
8 iyun 2020
# 13:50

Azərbaycan Dövlət “Yuğ” Teatrı türkiyəli yazıçı-dramaturq Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanmış “Şok” tamaşasını iyunun 13-də tamaşaçıların ixtiyarına verəcək.

Sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə onlayn təqdim ediləcək səhnə əsəri rejissor Günay Səttarın quruluşu əsasında izləniləcək. Tamaşanın musiqisi Amid Qasımova və Mələk Vəlizadəyə, səhnə dizaynı Əməkdar incəsənət xadimi Rəşid Şərifə məxsusdur.

Pyesi Azərbaycan dilinə dramaturq Mehman Musabəyli tərcümə edib.

Janrı eqosentrik transaksiya kimi təyin olunan səhnə əsərində rolları aktyorlar Oqtay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova ifa edəcək.

Tamaşa müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur. /azertag.az/

# 1122 dəfə oxunub

Müəllifin son yazıları

# # #