"Yeddi gözəl" elektron kitab təqdim olunacaq

"Yeddi gözəl" elektron kitab təqdim olunacaq
6 oktyabr 2021
# 18:53

Oktyabrın 7-də Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Mədəniyyət Nazirliyinin və Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı ilə Nizami Gəncəvinin “Yeddi Gözəl” poeması əsasında uşaqlar üçün işlənmiş elektron kitabın təqdimat mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, müasir dövrün tələblərinə uyğun olaraq elektron versiyada tərtib olunmuş kitabı təqdim etməkdə məqsəd gənc nəsli Azərbaycanın və bütövlükdə türk dünyasının dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsi ilə yaxından tanış etməkdir.

Təqdimat mədəniyyət və incəsənət xadimlərinin çıxışları, eləcə də gənclərin ifasında Nizami Gəncəvinin əsərlərinin səsləndirilməsi ilə davam edəcək.

# 1586 dəfə oxunub

Müəllifin son yazıları

# # #