“YARAT”da rəsm sərgisi

“YARAT”da rəsm sərgisi
7 sentyabr 2020
# 16:32

“YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanı hər kəsi yenidən qarşılamağa hazırdır.

Sözügedən məkanda rəssam Elturan Məmmədovun “Müvafiq tədbirlər” adlı fərdi sərgisi ilə həftənin II, III, IV və V günləri 12:00-dan 20:00-dək tanış olmaq mümkündür. Sərginin müddəti oktyabrın 2-nə qədər uzadılıb.

Binaya daxil olmadan öncə sadə qaydalara riayət etmək vacibdir. Məkana eyni vaxtda, sadəcə, 6 nəfər daxil ola bilər. Tibbi maskaların və antiseptikin istifadəsi zəruridir.

Giriş ödənişsizdir. /azertag.az/

# 1742 dəfə oxunub

Müəllifin son yazıları

# # #