“YARAT”da 18+ tamaşa

“YARAT”da 18+ tamaşa
20 noyabr 2019
# 09:36

Noyabrın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində Jan Jenenin məşhur “Qulluqçu” pyesi əsasında Raule Turkkanın quruluşunda səhnələşdirilən eyniadlı tamaşa nümayiş ediləcək.

Tamaşada iki bacının həyatından bəhs olunur. Qulluqçular – Solanj və Kler bacıları öz acı talelərinin öhdəsindən gəlməyə çalışırlar. Onlar, öz sahibələrinə qulluq etməkdən yorulublar və həyatlarının qalan hissəsini mətbəxdə keçirmək istəmirlər.

Bacılar təkcə öz işlərinə, sahibləri “Madam”a deyil, həm də bir-birlərinə nifrət edirlər. Öz talelərinə nifrət edən qulluqçular, “Madam”ı və ya bir-birlərini “oynamaqla”, bu oyunda öz talelərinin öhdəsindən gəlməyə çalışırlar.

# 1382 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #