"Xaç atası" filminin çəkildiyi malikanə satışa çıxarıldı - Foto

"Xaç atası" filminin çəkildiyi malikanə satışa çıxarıldı - Foto
5 may 2020
# 11:37

“Xaç atası” filminin çəkildiyi lüks malikanə 125 milyon dollara satılır.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, ilk dəfə amerikalı jurnalist və iş adamı Viliam Randolp Hertə aid olan Beverli Hills malikanəsi 125 milyon dollara satışa çıxarılıb.

Gallery

1972- ci il istehsalı “Xaç atas” və “Cangüdən” filmlərinin çəkildiyi 18 otaqdan ibarət olan evdə olimpik üzmə hovuzu, tennis meydançası, kino zalları və 400 nəfərdən çox qonaq qarşılamaq üçün nəhəng eyvanlar mövcuddur.

Gallery

Jaklin və Con F. Kennedinin bal ayını keçirtdiyi ev eyni zamanda Kennedinin ABŞ prezidenti seçildiyi dönəmlərdə komanda mərkəzi olub. Evin ilk sahibi Herst, ABŞ-ın ən böyük qəzet və mediya şirkəti olan “Herst Communications” şirkətini qurararq “Sarı mətbuat” adlandırılan qalmaqallı xəbər üsulundan istifadə etmişdi.

Gallery

# 2092 dəfə oxunub

Müəllifin son yazıları

# # #