"Ulduz müharibələri"nin qəhrəmanı vəfat etdi

"Ulduz müharibələri"nin qəhrəmanı vəfat etdi
30 noyabr 2020
# 10:30

“Ulduz müharibələri” nin qəhrəmanı, məhşur amerikalı aktyor Devid Prouz vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 85 yaşlı aktyor sətəlcəmdən dünyasını dəyişib.

Qeyd edək ki, Devid Prouz aktyor kariyerasına başlamazdan əvvəl peşəkar bodibilder və ağır atletlə məşğul olub. O, Supermen rolunu oynayan Kristofer Rivi hazırlaşdırıb. Prouzun aktyor olaraq göründüyü ilk film Yan Fleminqin Ceyms Bond haqqında yazdığı romanı əsasında çəkilən “Kasino Royale” filmi idi. O, filmdə Frankenstein canavarını canlandırıb. Daha sonra "Frankenstein Dəhşəti" (1970) və "Frankenstein və Cəhənnəmdəki Canavar" (1974) filmlərində eyni rolu oynayıb. Prouza şöhrət gətirən filmlərdən biri də “Ulduz müharibələri” filmi olub. Aktyor bu filmdə Dart Vader obrazını canlandırıb.

# 2550 dəfə oxunub

Müəllifin son yazıları

# # #