“Ulduz”un yeni sayı çap olundu

“Ulduz”un yeni sayı çap olundu
6 yanvar 2020
# 11:19

“Ulduz” jurnalının 2019-cu ilin dekabr nömrəsi işıq üzü görüb.

Kulis.az-ın verdiyi xəbər görə, jurnalda Səyyad Aranın “Bir dəstə çiçək kimi...” sərlövhəli ekspert yazısı, Xuraman Hüseynzadənin "Özüylə söhbəti və yazısı”, professor Cəlal Məmmədovun “Qısa fikirlər xəzinəsi”ndə Stanslav Yeji Letsinin müdrik deyimləri, “Şeir vaxtı”nda Əlizadə Nuri və Turan Uğurun şeirləri, “Nəsr”də Qəşəm Nəcəfzadə, Etibar Muradxanlı və Zəki Vilayətoğlunun hekayələri, “Qəzəl de ki...”də Vüqar Rahi, “Ulduz” arxivində Xalq şairi Rəsul Rzanın İmadəddin Nəsimiyə ithaf etdiyi “Son gecə” poeması, “Tribuna”da Samirə Məmmədlinin “Azərbaycan mühacirəti - faciə ümid bucağında” başlıqlı publisistik yazısı çap olunub.

Jurnalın “Tənqid” rubrikasında tənqidçi Əsəd Cahangirin “Gənclər söz istəyir” başlıqlı tənqidi yazısı, “Tərcümə saatı”nda Aslan Quliyevin tərcüməsində Dilek Yüksəlin "Pompeyi sevərkən” hekayəsi, “Dərgidə kitab” Gülay Tahirli, “Böyükdən uşağa” rubrikasında isə Mina Rəşidin uşaq şeirləri yer alıb.

Bundan başqa, Günay Səma Şirvanın Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr etdiyi "Nəsrdə portret yaratma üsulları" yazısı, Əli Şirin Şükürlünün ədəbi supermatizmə aid nümunələri, Nəcibə İlkinin şeirləri, Kamandar Eyvazlının "Nəsiminin bayatı nəfəsli şeirləri" sərlövhəli yazısı, Kamandar Eyvazlının "Körpünün üstü" şeiri oxucuların görüşünə gəlib. "Sərgi" rubrikasında gənc rəssam Zöhrab Salamzadənin rəsm əsərləri yer alıb.

Qeyd edək ki, “Ulduzlu nəşrlər” layihəsi çərçivəsində gənc yazar Faiq Hüseynbəylinin “Sevgi heykəli” şeirlər kitabı da oxucuların görüşünə gələcək.

Gallery

# 2469 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #