“Ulduz”un may sayı çap olundu

“Ulduz”un may sayı  çap olundu
4 iyun 2020
# 15:30

Jurnalın may sayı ayrılığıyla sevdiklərinə ayrılıq acısı yaşadan incə ruhlu şairə Fərqanə Mehdiyevanın "Ömür muncuq kimidir, qəfil dağıla bilər...” başlıqlı şeirləri ilə açılır. Və Fərqanənin şeirlərindən sonra Qulu Ağsəsin Fərqanə Mehdiyevanın əziz xatirəsinə yazdığı "Yeddi il və yeddi gün” yazısı oxuculara təqdim olunur.

Cəlal Bəydili "Qısa fikirlər xəzinəsi”ndə nadir fikir adamlarının qısa fikirlərini paylaşır. "Şeir vaxtı”nda Məhsəti Musa, Zahid Sarıtorpaq və Cavid Fərzəlidir.

"Türk eli” Türk yazıçısı Bəxtiyar Aslanın "Nəqliyyat” hekayəsini Aslan Quliyevin, İmdat Afşarin "İtmiş bahar nərgizi” hekayəsini Təranə Vahidin çevirməsində oxuculara təqdim edir. "Nəsr”də Rövşən Yerfinin hekayəsi, Günəl Mehrinin və Sadiq Qarayevin essələri yer alır. Müasir fars şeirindən seçmələr tanınmış imzaları təqdim edir.

"Debüt” El Romanın şeirlərini təqdim edir. Elnarə Qaragözova "Tribuna”da "Kafkanın "Proses”ində paradolalardan danışır. Əkbər Qoşalı "Karantin dövrünün iki şeiri”ni oxucularla bölüşür. "Tərcümə saatı”nda Afaq Şıxlı yakutiyalı yazıçısı Nikolay Luqinovun "İldegis haqqında əfsanə”sini, Sevil Gültən amerikan yazışısı Ralf Henri Barbourun "Ölüm yatağında etiraf” hekayəsini oxuculara təqdim edir. "Dərgidə kitab”da "Ömür” əsəriylə Günel Natiqdir.

P.S.-də Günay Səma Şirvan "Ulduz”dan yazır.

# 2275 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #