"Tıq-tıq xanım" ingilis dilinə tərcümə edildi

"Tıq-tıq xanım" ingilis dilinə tərcümə edildi
23 fevral 2021
# 18:42

Abdulla Şaiqin 140 illik yubileyi münasibətilə onun "Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib.

Bu barədə APA-ya Abdulla Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbzadə bildirib.

O bildirib ki, kitabın təşəbbüskarı və tərcüməçisi görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev, illüstrasiyaların muəllifi isə Alex Bjelicadır.

"Tıq-tıq xanım" kitabını fevralın 24-dən 28-dək "Amazoncom" saytında elektron formada pulsuz olaraq əldə etmək mümkün olacaq.

# 4375 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #