“Soyuq Günəş”in ssenaristi: “Yeni filmin çəkilişini başa çatdırdıq”

“Soyuq Günəş”in ssenaristi: “Yeni filmin çəkilişini başa çatdırdıq”
22 sentyabr 2021
# 17:52

“Soyuq Günəş” filmi reklama qoyulmayıb.

Kulis.az xəbər verir ki, bu sözləri filmin ssenari müəllifi Sədaqət Kərimova mətbuata müsahibəsində qeyd edib.
Müəllif bildirib ki, reklama ehtiyac yaranmayıb:

“Reklama qoyulan filmə 25 min şərh yazılmaz. Heç o cür imkanlarımız da yoxdur”.

Sədaqət Kərimova bildirib ki, daha bir filmin çəkilişini artıq başa çatdırıblar:

“Bu günlərdə “İtən gündəlik” romanım əsasında filmin çəkilişlərini başa çatdırmışıq. Uşaqların həyatından bəhs edən film ləzgi dilindədir, amma ona azərbaycan dilində subtitrlər əlavə edəcəyik”. /yenicag.az/

# 2745 dəfə oxunub

Müəllifin son yazıları

# # #