"Simpsonlar"ın ssenaristi vəfat etdi

"Simpsonlar"ın ssenaristi vəfat etdi
2 fevral 2021
# 12:55

Dünyaca məşhur “Simpsonlar” cizgi serialının ssenaristi və prodüseri Mark Vilmor dünyasını dəyişib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 57 yaşlı Mark Vilmor koronavirus səbəbindən vəfat edib.

Qeyd edək ki, Vilmor yazarlıq kariyerasına 90- cı illərdə “‘In Living Color” adlı komediya şousu ilə başlamışdı. Şoudakı səhnəciklər sayəsində ilk Emmi mükafatına namizəd olmuşdu. Daha sonra mə.hur talk şou “The Tonight Show Starring Jay Leno” və stop-motion teknikası ilə çəkilən “The PJ’s” serialı ilə kariyerasına davam etmişdi. Mark Vilmor sonralar “Simpsomlar” cizgi serialının ssenarist komandasına daxil olmuş, serialın rejissorluğunu üstlənmişdi. Həmçinin serialdakı bəzi obrazları da səsləndirmişdi.

# 1484 dəfə oxunub

Müəllifin son yazıları

# # #