“Şəhərin qış gecələri” tamaşası onlayn nümayiş ediləcək

“Şəhərin qış gecələri” tamaşası onlayn nümayiş ediləcək
18 yanvar 2021
# 18:22

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının hazırladığı ən yeni tamaşalardan olan “Şəhərin qış gecələri” adlı tamaşa yanvarın 19-da saat 18:00-da sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsilə nümayiş ediləcək.

Teatrdan Kulis.az-a bildirilib ki, Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur.

Səhnə əsərində sənət ocağının tanınmış aktyorları çıxış edəcək.

# 1645 dəfə oxunub

Müəllifin son yazıları

# # #