"Sarı gəlin" yeni tərzdə - Foto

"Sarı gəlin" yeni tərzdə - Foto
1 iyun 2021
# 11:41

“Boomerang Label” şirkətinin rəhbəri Nigar Məmmədovanın təşəbbüsü̈, Orxan Məmmədlinin ideya müəllifliliyi və rejissorluğu ilə “Sarı gəlin” mahnısına yeni nəfəs verilib.

Bənövşə Allahverdiyevanın ifasında qrafika əsasında özünəməxsus tərzdə hazırlanan “Sarı gəlin”in klipinin ideyası beş il əvvəl yaransa da, reallaşması zəfər tariximizin yaşandığı ilə təsadüf edib.

Layihə ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə müraciət edilib və birgə əməkdaşlıq nəticəsində “Sarı gəlin”in yeni tərzdə təqdimatı reallaşıb.

Klipdə Şərqdə qadının gücü̈ tərənnüm olunur. Göstərilir ki, türk soylarında savaşın ortasına atılan qadın örpəyi qanlı müharibəni dayandırır. Üz-üzə döyüşə girən əsgərlər örpəyini açıb ayaq altına atan qadına baxmamaq üçün üzlərini geri çevirir və beləliklə, savaş̧ dayanır.

Məzmunda Şirvanşahlar, Ağqoyunlu, Atropatena, Səfəvilər dövlətinin güc simvolları, tarixi bayraqları yer alıb. Klipdə bütün Yaxın Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilən Azərbaycan dövlətçiliyinin ənənələri, vətən- torpaq bağlılığı əks olunur.

Klipdə müğənni Bənövşə Allahverdiyevanın geyimini Bakı Milli Geyim Evi təqdim edib. Klipdə rol alan aktyorların geyimi rəssam Rüfət Balakişiyevə, qrimi Aytən Hüseynzadəyə aiddir.

Qeyd edək ki, dünyanın sevərək dinlədiyi “Sarı gəlin”in tarixi məzmunda təqdimatı yenilikdir. Dili olmayan musiqi bundan sonra mədəni irsimizi bir daha sərgiləyəcək.

# 1975 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #