Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə yanvarın 20-də saat 18:00-da 20 Yanvar faciəsinə həsr olunmuş “Şanlı Tarix” adlı virtual sərgi açılacaq.
Dövlət Rəsm Qalereyasından Kulis.az-a bildirilib ki, sərgi xalqımızın qəhrəmanlıq salnaməsi, milli məfkurəmizin oyanışı, Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirən qəhrəmanların rəşadətini və faciələrinin real görüntüsünü nümayiş etdirmək məqsədilə həyata keçirilir.
Virtual sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus Faiq Əhmədov, Əyyub Hüseynov, Rafael Muradov, Nazim Rəhmanov, Vaqif Hüseynovun 20 Yanvar faciəsinə həsr olunmuş əsərləri nümayiş olunacaq.
Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.