“Quzuların səssizliyi” serial oldu

“Quzuların səssizliyi” serial oldu
14 may 2020
# 10:31

Rejissor Conatan Demminin ekran əsəri “Quzuların səssizliyi” serial olur.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Tomas Harrisin eyni adlı romanının motivləri əsasında çəkilən film bu dəfə “Clarice” adıyla seriala çevrilir.

CBS kanalından yayımlanacaq serial filmin sonunda qaldığı yerdən davam edəcək. Serialda FBI agenti Klaris Starlingin Vaşinqtondakı macəralarından bəhs edəcək.

Xatırladaq ki, "Quzuların səssizliyi" filmi 2011-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Film 5 kateqoriya üzrə Oskar mükafatına layiq görülmüşdür.

# 2794 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #