"Qoca qartalın əbədi uçuşu" adlı sənədli film təqdim olunacaq

"Qoca qartalın əbədi uçuşu" adlı sənədli film təqdim olunacaq
28 yanvar 2020
# 10:25

Yanvarın 30-da Rəşid Behbudov adına Mahnı Teatrında Aşıq Mikayıl Azaflıya həsr olunmuş “Qoca qartalın əbədi uçuşu” adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, film “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin bədii və sənədli filmlər studiyası tərəfindən istehsal olunub.

Ekran əsərində Mikayıl Azaflının keçdiyi ömür yolu, Azərbaycan aşıq sənətinin inkişafında, coğrafi hüdudlarının genişlənməsində oynadığı əvəzsiz rolu işıqlandırılıb.

Filmin ssenari müəllifi Məti Osmanoğlu, quruluşçu rejissoru Elnurə Kazımova, redaktoru Sadıq Elcanlıdır.

# 2312 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #