“Qara kitab” ikinci dəfə Azərbaycan dilində: Qüsurlar aradan qalxıb

“Qara kitab” ikinci dəfə Azərbaycan dilində: Qüsurlar aradan qalxıb
2 sentyabr 2021
# 18:11

Nobelli türk yazar Orxan Pamukun “Qara kitab” romanı Azərbaycan dilində ikinci dəfə nəşr edilib.

Bu barədə Kulis.aza romanın naşiri, “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib.

Onun sözlərinə görə, birinci kitabdan istər tərcümə, istər redaktə məsələlərinə görə çoxlu narazılıqlar var idi, ikinci nəşrdə bu çatışmazlıqlar aradan qaldırılıb. Tərcüməçi romanı yenidən işləyib və roman növbəti redaktə ilə çapa göndərilib.

Romanın tərcüməçisi Nəriman Əbdülrəhmanlı, redaktoru Yeganə Kərimzadədir.

Xatırladaq ki, bu, Orxan Pamukun ən güclü romanlarından sayılan “Qara kitab”ın Azərbaycan dilinə ilk tərcüməsidir.

# 1808 dəfə oxunub

Müəllifin son yazıları

# # #