“Qara Qızıl” Muzeyi açılacaq

“Qara Qızıl” Muzeyi açılacaq
11 sentyabr 2020
# 09:52

Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyi Krallıqda ilk “Qara Qızıl” Muzeyinin açılacağını bəyan edib. Bu barədə nazirlikdən rəsmi SPA agentliyinə məlumat verilib.

Qeyd olunub ki, paytaxt Ər-Riyadda açılacaq muzeydə dünyanın müxtəlif ölkələrindən olan rəssamların neftlə bağlı əsərləri sərgilənəcək. Krallığın iqtisadi inkişafında mühüm rol oynayan bu orijinal muzeydə dünyada “qara qızıl”ın sənaye miqyasında hasilatına başlanması, yeni innovativ üsulları əks etdirən eksponatlar nümayiş etdiriləcək. Artıq rəssamların sözügedən mövzuya həsr olunmuş 200-dən çox tablosu sifariş verilib. Bundan başqa, muzeydə hər il sərgilər və seminarlar da keçiriləcək.

Mədəniyyət Nazirliyinin Kral Abdulla Neft Tədqiqatları və Araşdırmaları Mərkəzi ilə birgə yaradacağı muzeyin açılışı 2022-ci ildə nəzərdə tutulub. /azertag.az/

# 1052 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #