“Pianoçu”nun həyat yoldaşı vəfat etdi

“Pianoçu”nun həyat yoldaşı vəfat etdi
6 may 2020
# 13:30

Polyak pianoçu, bəstəkar Vladislav Şpilmanın həyat yoldaşı Halina Şpilman vəfat edib.

Kulis.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bəstəkarın həyat yoldaşı 92 yaşında dünyasını dəyişib. Rejissor Roman Polanski “Pianoçu” filmini V.Şpilmanın avtobioqrafiyası əsasında çəkmişdir.

Halina Şpilmanın ölüm xəbərini Polşa İnsan Haqları İdarəsinin direktoru Adam Bodnar sosial mediadan verib.

Xatırladaq ki, film 2003-cü ildə Oskar mükafatına layiq görülmüşdür.

# 1799 dəfə oxunub

Müəllifin son yazıları

# # #