"Oskar" mükafatı təxirə salındı

"Oskar" mükafatı təxirə salındı
16 iyun 2020
# 10:09

“Oskar” mükafat gecəsi koronavirus səbəbilə gələn ilin 25 aprel tarixinə ertələnib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, mükafata namizəd göstəriləcək filmlər üçün müraciət də gələn ilin 28 fevralına kimi təxirə salınıb.

Xatırladaq ki, hər il reallaşan mükafatlandırma mərasimi ikinci dünya müharibəsi zamanı da keçirilib. “Oskar” mükafat gecəsi sonuncu dəfə 1981-ci ildə ABŞ-ın sabiq prezidenti Ronald Reyqana qarşı törədilən sui-qəsd zamanı 24 saat təxirə salınmışdı.

# 2046 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #