“Müfəttiş” tamaşası nümayiş ediləcək

“Müfəttiş” tamaşası nümayiş ediləcək
20 may 2020
# 17:42

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan ikihissəli “Müfəttiş” tamaşası mayın 23-də sənət ocağının “facebook” hesabı vasitəsilə onlayn nümayiş ediləcək.

Səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə səhnələşdirilib.

Səhnə əsərində Xalq artistləri Ramiz Novruz, Rafiq Əzimov, Əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev və digərləri çıxış edəcək. /azertag.az/

# 2132 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #