“Mücrü” nəşriyyatının açılış mərasimi keçiriləcək

“Mücrü” nəşriyyatının açılış mərasimi keçiriləcək
4 fevral 2020
# 16:18

“Mücrü” nəşriyyatının rəsmi açılış mərasimi və Müşfiq Xanın imza günü keçiriləcək.

Kulis.az xəbər verir ki, mərasim 8 fevral 2020-ci il, saat 16:00-dan, 18:00-dək “Mücrü” nəşriyyatında (Şıxəli Qurbanov 2/15, Xarici İşlər Nazirliyinin arxası) baş tutacaq.

Tədbirdə nəşriyyatın direktoru, detektiv yazıçı Müşfiq XANın “Mücrü” nəşriyyatının “Proza” seriyasından nəşr olunmuş, “Ziqzaq” adlı yeni kitabının təqdimatı və imza mərasimi keçiriləcək.

Ötən ilin sonu fəaliyyətə başlayan və qısa müddət ərzindəki fəaliyyəti ilə iddialarını ortaya qoyan nəşriyyatın açılış mərasimində tanınmış yazıçılar, media nümayəndələri ilə yanaşı, oxucular da iştirak edəcək və nəşriyyatın fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

“Mücrü” kollektivi təqdimatda və açılış mərasimində iştirak etməyi arzulayan hər kəsi rəsmi açılış tədbirinə dəvət edir.
Tel: 055 502 89 32

Gallery

# 2909 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #