"Mübariz" operası təqdim olundu - Fotolar

"Mübariz" operası təqdim olundu - Fotolar
18 yanvar 2020
# 10:28

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən və şəhidlərin xatirəsinə ithaf olunan “Mübariz” operasının premyerası keçirilib.

Kulis.az xəbər verir ki, Librettosu şair Şahin Musaoğluna, musiqisi bəstəkar Nərmin Nağıyevaya məxsus olan tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır.

Operada Baş rolda Əməkdar artistlər Ramil Qasımov, Cahangir Qurbanov, Tural Ağasiyev, həmçinin Səbinə Ərəbli, Taleh Yahyayev, Şaban Cəfərov, Elçin Əhədzadə və Aydan Həsənova çıxış ediblər. Səhnə əsərinin quruluşçu baletmeysteri Əməkdar artist Ceyhun Qubadov, quruluşçu rəssamı Fərid Nəcəfovdur.

Qeyd edək ki, tamaşada F. Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru (xormeyster Şəhla Ələkbərova) iştirak edib.

# 2013 dəfə oxunub

Müəllifin son yazıları

# # #