"Mozalan" yeni film çəkir - Fotolar

"Mozalan" yeni film çəkir - Fotolar
2 sentyabr 2020
# 14:19

“Mozalan” studiyası Mədəniyyət Nazirliyinin sifarişi ilə ikinci tammetrajlı bədii filmin çəkilişlərinə start verib.

Kulis.az xəbər verir ki, melodram janrında olan “Olimpia” adlanan filmdə keçmiş idmançı, olimpia mükafatçısının həyatından bəhs olunur. Çəkilişləri Balakən və Zaqatalada həyata keçirilən filmin bu ilin sonlarında təhvil verilməsi planlaşdırılır.

Rüstəm Babazadənin ssenarisi əsasında çəkilən filmin quruluşçu rejissoru Əli Səttar Quliyevdir. Filmdə baş rol Xalq artisti Qurban İsmayılova həvalə olunub. Bundan başqa filmdə Əməkdar artist Rasim Cəfərov, aktyor Azər Aydəmir, Günel Məmmədova və digər gənc aktyorlar da rol alıb.

Gallery

Gallery

# 2041 dəfə oxunub

Müəllifin son yazıları

# # #