"Məhəbbət 3 il yaşayır" romanının müəllifindən yeni kitab

"Məhəbbət 3 il yaşayır" romanının müəllifindən yeni kitab
10 iyun 2020
# 13:30

Fransız yazıçısı Frederik Beqbeder başlıq əvəzinə smaylk işarəsi ilə kitab buraxacaq.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı yazıçı "Qırmızı Meydanda" kitab festivalı çərçivəsində keçirilən onlayn görüş zamanı deyib. O, çap etdirəcəyi yeni kitaba ad əvəzinə gülüşlə ağlayan təbəssüm işarəsi qoyacağını açıqlayıb.

Yazıçı romanını şərti olaraq "Gülməkdən ölən adam" adlandırdığını da qeyd edib.

"Bu yeni dildir, hansı ki, köhnəni əvəz edir. Bu məşhur simvol kitabın adını əvəz edəcək. Simvolu izah etməyə çalışsanız, kitabın adını "Gülüşdən ölən adam" adlandırmaq olar”.

# 2300 dəfə oxunub

Müəllifin son yazıları

# # #