Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Manqurt” tamaşasını iyunun 19-da saat 19:00-da “Facebook” səhifəsi vasitəsilə canlı nümayiş etdirəcək.
Səhnə əsəri Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb.
Tamaşanın bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.
- Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib
- İşıq və kölgəylə oynayan rəssam - SƏRGİ
- Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq
Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcəklər. /azertag.az/