"İnsanlar evdən çıxmasınlar" – Anar karantindən danışdı

"İnsanlar evdən çıxmasınlar" – Anar karantindən danışdı
17 dekabr 2020
# 11:24

“İnsanlara tövsiyə edirəm ki, evdən heç yerə çıxmasınlar, çıxanda da mütləq maska taxsınlar.”

Bu sözləri Kulis.aza karantin rejiminin gücləndirilməsi ilə bağlı açıqlama verən Xalq yazıçısı Anar deyib. O, daha sonra əlavə edib:

“Mən özüm evdən çölə çıxmıram. Özümü qorumaq üçün xüsusi heç nə etmirəm, sadəcə, heç bir yerə getmirəm, ancaq evdə otururam. İnsanlara da məcbur olmadıqları halda evdən çölə çıxmasınlar, özlərini maksimum dərəcədə qorusunlar.

Xalq yazıçısı karantin dövründəki fəaliyyəti ilə bağlı bunları deyib:

“Evdə işləyirəm, yazılarımı yazıram. Yazıçı üçün bunun xeyri odur ki, yazmağa, işləməyə çoxlu vaxtı olur. Mənfi tərəfi isə odur ki, canlı ünsiyyət yoxdur, adam heç kimlə görüşə bilmir, normal həyat yaşamaq olmur. Ümid edirik, tezliklə hər şey öz axarına qayıdacaq”.

# 2413 dəfə oxunub

Müəllifin son yazıları

# # #