“Harri Potter” kitabının ilk nəşri 40.000 dollara satıldı.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniyanın 65 yaşlı sakini "Harri Potter və Sehrbazlar Daşının fəlsəfəsi" romanın nadir nəşrlərini hərraca çıxararaq təxminən 50 min dollar qazanmağa nail olub. Hərracda kitabın daha iki nüsxəsi də on min dollara satılıb.
Kitablar təxminən on iki il əvvəl bir məktəb müəlliməsi tərəfindən kəşf olunub. O, bu kitabları məktəb tullantıları içərisindən taparaq şəxsi kitabxanasında saxlayıb.