“Harri Potter” filminin ulduzu kinodan getdi

“Harri Potter” filminin ulduzu kinodan getdi
20 yanvar 2021
# 12:45

Böyük izləyici kütləsi tərəfindən maraqla baxılan və sevilən “Harri Potter” filmində Ron Uizli adlı qəhrəmanı canlandıran britniyalı aktyor Ruper Qrint aktyorluq karyerasına son verdiyini açıqlayıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı aktyor ötən ilin may ayında ilk dəfə ata olduqdan sonra təqaüdə çıxmaq qərarını verdiyini deyib.

Şöhrətin onun üçün problemə çevrildiyini də əlavə edən aktyor kinodan uzaqlaşandan sonra tamamilə fərqli bir işlə, hətta inşaat və ya dülgərliklə məşğul olacağını da istisna etməyib.

# 1784 dəfə oxunub

Müəllifin son yazıları

# # #