"Gözün aydın, xalqım!" – Afaq Məsud qələbədən danışır

"Gözün aydın, xalqım!" – Afaq Məsud qələbədən danışır
10 noyabr 2020
# 13:16

“Noyabrın 10-u Azərbaycan tarixinə ilk Milli Qələbə Günü kimi əbədi həkk olundu. Bütün xalqımızı bu müqəddəs gün münasibətilə ürəkdən təbrik edirəm!”

Bu sözlərin müəllifi, Azərbaycanın Xalqın yazıçısı Afaq Məsud qələbə sevincini bölüşərək daha sonra deyib:

“Gözün aydın olsun, əziz xalqım!” – deyirəm. Torpaqlarımız uğrunda canından keçmiş bütün şəhidlərimizə “Məkanınız cənnət olsun, igidlərim!” – deyirəm, – “Vətən, xalq heç bir zaman bu şəhidlik zirvəsini unutmayacaq!”. Bu qələbənin müəllifi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Var ol, yaşa, Müzəffər Ali Baş Komandan! – deyirəm, – Azərbaycana tarixin ilk milli qələbəsini yaşadan, xalqa milli oyanış ruhunu bəxş edən, bu on yeddi ildə atılan müxalif daşlara məhəl qoymadan, tükənməz səbir və dözümlə addım-addım Qələbəyə aparan yolu məharətlə irəliləyən Böyük Sərkərdə!”.

# 1687 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #