“Eurovision" beynəlxalq musiqi yarışmasının təşkilatçıları 2021-ci ildə keçirilmə qaydalarını açıqladılar.
Kulis.az xəbər verir ki, bu barədə “Eurovision”un rəsmi saytında məlumat yer alıb.
Yeni qaydalara görə, sənətçilər “Eurovision-2021”də canlı ifa edə bilməyəcəkləri təqdirdə əvvəlcədən qeydlərini yazmalı olacaqlar. Hər bir ölkənin milli yayımçısı “Eurovision” mahnı yarışması üçün klipin çəkilməsindən məsul olacaq, müsabiqə təşkilatçıları isə onlayn səs yazısını izləyərək müsabiqənin ədalətli olmasını təmin edəcəklər.
Xatırladaq ki, bundan əvvəl “Eurovision” təşkilatçıları 2021-ci ildə keçiriləcək tədbir üçün dörd ssenari təqdim etmişdilər. Yarışın formatı dünyadakı epidemioloji vəziyyətdən asılı olacaq.
Qeyd edək ki, “Eurovision”un tamamilə onlayn keçirilməsi ehtimalı da nəzərdən keçirilir.