Berlin şəhərində alman və italyan dillərində “Dünyanın sülh kitabı” adlı ədəbi antologiya işıq üzü görüb.
Beynəlxalq Yazıçılar Gildiyasının və Yaradıcılar Sülh Uğrunda Federasiyasının birgə nəşr etdirdikləri antologiyada ABŞ, Almaniya, İtaliya, İsrail, Rusiya, Ukrayna, Avstraliya kimi ölkələrin yazıçılarının seçmə əsərləri yer alıb. Vladimir Bentsler, Kalodyero La Vekkya, Tatyana Kayzer, Oleq Pudov, Vladi Benz, İrina Yavorovskaya kimi tanınmış ədiblərlə yanaşı antologiyada azərbaycanlı yazıçı Varis də təmsil olunub. Redaksiya heyəti həmyerlimizin “ Payız natürmortu” əsərini oxuculara təqdim edib.
“Payız natürmortu” insanın maddi və mənəvi azadlıqlarından, canlıların yaşayış vəhdətindən, Xeyirlə Şərin əbədi mübarizəsindən bəhs edir. Əsərdə 30 ilə yaxın işğal altında qalmış Azərbaycan ərazilərində erməni faşizminin vandallıq nümunələri də öz əksini tapıb.
- Bir oğlu öldü, ikinci oğlu anasını tərk etdi - Papaqçıya ərə gedən Xan qızı
- Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
- Rüstəm İbrahimbəyov İrek Zinnurovla görüşdü - Foto
“Dünyanın sülh kitabı” Avropanın böyük kitabxanalarına, kitab palatalarına, universitetlərinə hədiyyə olunmaqla yanaşı kitab mağazalarının rəflərində də yer alacaq.