Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 20-də “Dəlinin qeydləri” tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə teatrsevərlərin onlayn ixtiyarına verəcək.
Kulis.az xəbər verir ki, saat 19-da göstəriləcək monotamaşada Əməkdar artist Şövqü Hüseynov çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.