"Daxildəki ada" filminin tizeri yayımlandı - Fotolar

"Daxildəki ada" filminin tizeri yayımlandı - Fotolar
9 iyun 2020
# 17:11

“Daxildəki ada” tammetrajli bədii filminin tizeri yayınlanıb.

Kulis.az Azərbaycan Kinematoqrafçılar İttifaqına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən “Daxildəki ada” tammetrajli bədii filmi “Debüt” studiyası, “Arizonafilm” və “Coyote Cinema”-nın birgə istehsalıdır.

Gallery

Rüfət Həsənovun ssenari müəllifi və quruluşşu rejissoru olduğu filmin baş qəhrəmanı , şahmatçı gənc mənəvi və fiziki təzyiqlərdən başını götürüb vəhşi atlar yaşayan və bir sakini olan adaya qaçır.

Gallery

Qeyd edək ki, “Daxildəki Ada” filmi “Sarajevo Film Festival”ının layihələr müsabiqəsində iştirak edib. Filmin istehsalının özəlliklərindən biri post-prodakşn xərcləri üçün xarici Fonddan vəsait cəlb edilməsidir.

Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssam Elturan Məmmədov, həmprodüsserləri Guillaume De Seille, Kamran Aydinov, prodüsserləri Rüfət Həsənov və Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Orxan Tarıverdizadə, Vidadi Həsəno

Gallery

# 3869 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #