Məşhur rəssam Edvard Munkun “Çığırtı” əsərinin üzərindəki yazının müəllifi məlum oldu.
Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, Edvard Munkun 1893-cü ildə çəkdiyi “Çığırtı” əsərinin sol üst tərəfində xırda hərflərlə yazılan “sadəcə bir dəli tərəfindən çəkilə bilər” sözlərinin müəllifi rəssamın özüdür.
Xatırladaq ki, sənətşünasların uzun zamandır üzərində araşdırma apardıqları bu sözlər rəssamın əlyazmalarındakı və gündəliklərindəki xətlə eynilik təşkil edib. Bunu müəyyənləşdirmək üçün isə texnologiyanın yeni imkanlarından istifadə olunub.