“Bu şəhərdə”nin konsertinin tarixi dəyişdirildi - Koronavirusa görə

“Bu şəhərdə”nin konsertinin tarixi dəyişdirildi - Koronavirusa görə
3 mart 2020
# 17:13

“Bu şəhərdə”nin mart ayının sonuna nəzərdə tutulan konsertlərinin tarixi dəyişdirilib.

APA-nın məlumatına görə, bu barədə yaradıcı birliyin kollektivindən bildirilib.

Konsert proqramlarının koronavirus təhlükəsi ilə bağlı aparılan profilaktik işlərlə əlaqədar başqa vaxta keçirildiyi qeyd olunub.

Konsertlər mayın 28, 29, 30 və 31-də keçiriləcək.

Alınan biletlərin etibarlı olduğu vurğulanıb.

# 1352 dəfə oxunub

Müəllifin son yazıları

# # #