“Behzat Ç”-nin prokuroru tanınmaz hala düşdü - Foto

“Behzat Ç”-nin prokuroru tanınmaz hala düşdü - Foto
4 oktyabr 2021
# 12:03

Xərçəngdən əziyyət çəkən aktrisa Canan Ergüdərdən xəbər var.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, aktrisa kimyaterapiyadan sonra paparazilərin hədəfinə tuş gəlib.

Kameralar qarşısına keçən Canan xəstəxanadan çıxarkən jurnalistlərin suallarını cavablandırıb:

"Kimyaterapiya və radioterapiya bitdi. Yaxşıyam, sağlamam... Sənətimə geri dönməyə çalışıram".

Xatırladaq ki, azərbaycanlı tamaşaçılar onu “Behzat Ç” serialındakı Savcı Esra rolu ilə tanıyırlar.

# 1947 dəfə oxunub

Müəllifin son yazıları

# # #