#

“Baku” jurnalı “Yandeks dzen” platformasında təqdim olunur

“Baku” jurnalı “Yandeks dzen” platformasında təqdim olunur
5 mart 2021
# 18:55

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktoru olduğu “Baku” jurnalı “Yandeks dzen” platformasında təqdim olunur.

Bu barədə “Bakı” jurnalının baş redaktorunun müavini Tamilla Əhmədova məlumat verib.

“Bu gündən “Baku” jurnalının maraqlı materialları ilə “Yandeks dzen” platformasında tanış olmaq mümkündür. Jurnalımız üçün bu, yeni platformadır. Oxucularımızı səhifəmizə abunə olmağa, Azərbaycanın mədəniyyəti, tarixi, görkəmli şəxsiyyətləri barədə maraqlı materiallar oxumağa çağırırıq”, - deyə bildirən T. Əhmədova əlavə edib ki, jurnal ilk olaraq oxucularını “Azərbaycan muğamı: qədim dövrlərdən bu günümüzədək” başlıqlı məqalə ilə tanış edib.

“Baku” jurnalı Rusiyanın paytaxtı Moskva şəhərində nəşr olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktoru olduğu jurnal oxucularını Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, bənzərsiz təbiəti, görkəmli şəxsiyyətləri ilə tanış edir.

Qeyd edək ki, Rusiyanın “Yandeks” şirkətinə məxsus “Yandeks dzen” istifadəçilərin maraq dairəsinə uyğun məlumat lenti formalaşdıran, eləcə də blogerlər üçün nəzərdə tutulmuş internet-servisdir. Servis “Android” və “İos” əlavələrində də işləyir.

# 2373 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #