“Bakı Foto” müsabiqəsinin qalibləri mükafatlandırılacaq

“Bakı Foto” müsabiqəsinin qalibləri mükafatlandırılacaq
20 noyabr 2019
# 18:45

Noyabrın 22-də Bakı Fotoqrafiya Evində “Bakı Foto” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək.

Hər bir nominasiyanın qalibi 500 AZN məbləğində pul mükafatı qazanacaq. Qaliblərin və finalçıların fotoşəkilləri Bakı Fotoqrafiya Evində sərgidə nümayiş olunacaq.

Müsabiqənin münsiflər heyəti fotoqraf Sənan Ələsgərov, “Nərgiz” jurnalının məsul redaktoru Leyla Sultanzadə və rəssam-rejissor Teymur Daimidir.

Müsabiqə 5 nominasiyadan – mobiloqrafiya, abstrakt fotoqrafiya, Yer haqqında xatirə, tarix və ailə portretindən ibarətdir. /azertag.az/

# 1781 dəfə oxunub

Müəllifin son yazıları

# # #