"Azərbaycan kəlağayı sənəti" haqqında informasiya məktubu hazırlandı

"Azərbaycan kəlağayı sənəti" haqqında informasiya məktubu hazırlandı
7 dekabr 2020
# 18:54

Azərbaycanın inciləri haqqında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan informasiya məktubları hazırlayaraq virtual oxucularla paylaşmağa başlayıb.

Kulis.az xəbər verir ki, informasiya xarakterli növbəti məktub mədəni irsimizin digər nümunəsi olan kəlağayı haqqındadır.

İnformasiya məktubunda milli baş örtüyü növü kimi qadınlarımızın geyimini tamamlayan, bər-bəzək və naxışla zinətləndirilən kəlağayının ixracı, istehsalı, naxışları, tarixi və Basqal kəlağayısı haqqında məlumatlar yerləşdirilib.

Qeyd edilən məlumatları “Azərbaycan kəlağayı sənəti”, “Basqal kəlağayısı haqqında” başlıqları altında oxumaq mümkündür.

Qeyd edək ki, Azərbaycan kəlağayısı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına 2014-cü ildə “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə daxil edilib.

# 1596 dəfə oxunub

Müəllifin son yazıları

# # #