“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq

“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
1 avqust 2020
# 15:50

Azərbaycan Kinematoqrafçılar İttifaqının təqdimatında “Azərbaycan kino sənəti tarixi” 4 cildliyi nəşrə hazırlanır.

Kulis.az xəbər verir ki, tanınmış yazıçı, ssenarist, kino tarixi tədqiqatçısı Nəriman Əbdülrəhmanlının müəllifi olduğu “Azərbaycan kino sənəti tarixi” 4 cildlik monoqrafiyasında 19-cu əsrdən 2018-ci ilə qədər Azərbaycan kinosu tarixi araşdırılır. Burada təkcə kinofilm istehsalı deyil, kinotexnikanın, kinoprokatın, kinolaşdırmanın, eləcə də ekran sənətinin bütün sahələrinin inkişafı izlənir və Azərbaycan kinosunda xüsusi rolu olan sənət adamlarının tutumlu portretləri yaradılır.

Monoqrafiyanın dəyərli cəhətlərindən biri də sırf arxiv materialları və ilkin mənbələr əsasında qələmə alınması, 120 illik kino tariximizə dair qiymətli, ilk dəfə üzə çıxarılan sənədlərlə yanaşı, nadir fotoşəkillər və kinematoqrafçıların bioqrafik məlumatlarının əks etdirilməsidir. Azərbaycan ekran sənətinə dair fundamental araşdırma olan monoqrafiyanın müəllimlər, tələbələr, araşdırıcılar və kino tarixi ilə maraqlanan bütün oxucular üçün maraqlı olacağına, mədəniyyət tariximizdəki mühüm bir boşluğu dolduracağına şübhə yoxdur.

Azərbaycan Kinemtoqrafçılar İttifaqından verilən xəbərə, təşkilat kino tariximizn daha dərindən öyrənilməsini, kinoşünaslığın inkişafını, kino nəzəriyəsinin formalaşmasını ümumi kinomuzun inkişafı üşün mühüm amil hesab edir. Bu səbəbdən Nəriman Əbdürrəhmanlının böyük zəhməti hesabına ərsəyə gətirdiyi, fundamental layihəni dəstəkləməyi özümümzə borc bildik. 4 cildlik kinomuz üçün böyük təhfədir. Xatırladaq ki, “Azərbaycan Kino sənəti tarixi” 4 cildliyinin layihə rəhbəri Rüstəm İbrahimbəyovdur.

# 2086 dəfə oxunub

Müəllifin son yazıları

# # #