1972-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Aşıq Ələsgər” sənədli filmi Azərbaycan Dövlət Film Fondu tərəfindən bərpa olunub.
Bu barədə APA-ya Azərbaycan Dövlət Film Fondundan məlumat verilib.
Bildirilib ki, filmdə aşığın anadan olduğu Göyçə mahalının görüntüləri, Aşıq Ələsgərin oğlu Aşıq Talıbın atasının məzarını ziyarət etdiyi kadrlar əksini tapıb.
Filmin ssenari müəllifi İlyas Tapdıq, rejissoru Xamis Muradov, operatoru Fəramiz Məmmədovdur.
Film prezident İlham Əliyevin 18 fevral 2021-ci il “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na uyğun olaraq Azərbaycan Dövlət Film Fondu tərəfindən bərpa olunub.
Qeyd edək ki, film 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Aşıq Ələsgərin anadan olmasının 150 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan SSR hökumətinin qərarına əsasən lentə alınıb.